Mahir oynamadı, komandası səfərdə darmadağına məruz qaldı

Mahir oynamadı, komandası səfərdə darmadağına məruz qaldı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 30-cu tur start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Holştayn Kil"lə qarşılaşıb.

Mat meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Ehtiyatda qalan Emreli sonadək görüşü kənardan izləyib.

"Kayzerslautern" 46 xalla 7-ci sırada qalıb.