Azərbaycan yığması Ukraynadan Bakıda 1 xal aldı - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız ikinci tur çərçivəsində doğma azarkeşlər önündə Ukrayna futbolçularını qəbul edib.
İlk turda İslandiya səfərində ağır məğlubiyyət alan (0:5) komandamız matçdan 1 xalla ayrılıb.
DÇ-2026. Seçmə qrup mərhələsi. 2-ci tur
Azərbaycan - Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen., - Georgi Sudakov, 51.
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı.
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Bədəlov, Qismət Alıyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Abdulla Xaybulayev, Emin Mahmudov, Rüstəm Əhmədzadə, Mahir Emreli, Renat Dadaşov.
Ukrayna: Trubin, Zinçenko, Matvienko, Zbarni, Konopliya, Bodnarenko, Oçeretko, Kalujni, Sudakov, Vanat, Zubkov.
