"Neftçi" 30 yaşlı argentinalının transferi üçün təklif göndərdi

“Neftçi” daha bir futbolçuya təklif göndərib.
"Mediasport" xəbər verir ki, Kiprin "Apollon" klubundan Sessi Oktave Emile dAlmeydanı heyətinə qatdığı iddia edilən paytaxt təmsilçisi Lukas Masoeronu da transfer etmək istəyir.
30 yaşlı müdafiəçi Rumıniyanın “Universitatya” klubunun üzvü olsa da, Kluj təmsilçisi ilə anlaşması iyunun sonunda başa çatacaq.
"Ağ-qaralar"ın argentinalı ilə danışıqları tamamlamaq üzrə olduğu deyilir.
“GSP” nəşri yazır ki, cənubi amerikalı ilə “Qaziantep”, “Fatih Karagümrük”, "Gənclərbirliyi", “Bani Yas”, “Əl Dafra” klubları da maraqlanır.
Lukas son olaraq rumınların heyətində 36 oyun keçirib, 1 qol vurub.