"Sabah" azarkeşlərinə "Barselona" ilə oyuna bilet qazandıracaq

 "Sabah" azarkeşlərinə "Barselona" ilə oyuna bilet qazandıracaq

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas və üç futbolçusu azarkeşlərlə görüşəcək.

"Mediasport" xəbər verir ki, görüş noyabrın 21-də saat 15:00-da klubun İçərişəhərdə yerləşən fan-mağazasında keçiriləcək.

Tədbirdə Dambrauskasla yanaşı, Akim Zedadka, Aleksey İsayev və Timoteuş Puxaç da iştirak edəcəklər.

Görüş zamanı azarkeşlər futbolçulardan avtoqraf ala, onlarla ünsiyyət qura biləcəklər.

Həmçinin müxtəlif əyləncəli oyunlar təşkil olunacaq, hədiyyələr təqdim ediləcək.

İştirakçılar “Sabah” – “Barselona” matçına bilet qazanmaq şansı da əldə edəcəklər.