Avropa Kuboku: "Neftçi"nin üzvü oktyabr ayının ən yaxşısı seçildi

 Avropa Kuboku: "Neftçi"nin üzvü oktyabr ayının ən yaxşısı seçildi

"Neftçi"nin basketbolçusu Devonte Qrin FİBA Avropa Kubokunun qrup mərhələsində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

"Mediasport" xəbər verir ki, 28 yaşlı amerikalı ay ərzində keçirdiyi 3 matçın hər birində orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, I qrupunda yer alan "Neftçi" Polşanın "Kalev" (95:84) və digər Azərbaycan klubu "Abşeron Layəns"i (104:86) məğlub edib, Polşanın"Trefl" komandasına (63:92) uduzub.