Azərbaycan millisi Serbiyada yoldaşlıq oyunları keçirəcək

  Azərbaycan millisi Serbiyada yoldaşlıq oyunları keçirəcək

18 yaşadək basketbolçulardan ibarət milli komandamız Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışını davam etdirir.

"Mediasport" xəbər verir ki, iyunun 28-dək davam edəcək toplanış Avropa çempionatına hazırlıq çərçivəsində keçirilir.

Hazırlıq prosesi çərçivəsində millimiz Serbiyanın klublarına qarşı üç yoldaşlıq oyunu keçirəcək.