Yığmamız yenə uduzdu

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Türkiyədə təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland komandası olub.
Görüş komandamızın 49:81 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncudur.
Xatırladaq ki, Azərbaycan millisinin növbəti rəqibi Slovakiya olacaq.