Azərbaycanlı hakimlər Avropa çempionatı oyunlarına təyinat aldı

FİBA dərəcəli beynəlxalq hakimlərimiz iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.
"Mediasport" xəbər verir ki, ali basketbol qurumu 4 təmsilçimizə - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsinaya etimad göstərib.
Ələkbər Həsənov: Serbiya U-18 oğlanlar, “A” divizionu (26 iyul-3 avqust), Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust);
Ruslan Xalıqov: Rumıniya U-18 oğlanlar, “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul);
Urfan Bayramlı: Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust);
Anastasiya Slojenitsina - Litva U-18 qızlar “B” divizionu (4-13 iyul).