"Qarabağ" çox yaxşı komandadır - Onların oyunlarını izləmişəm"

"Qarabağ" çox yaxşı komandadır - Onların oyunlarını izləmişəm"

"Bakıya yaxşı səhayət oldu. Amma ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz də bura gəliblər. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Ayaks"ın baş məşqçi əvəzi Fred Qrim deyib.

Bakıda keçirilən mətbuat konfransında iştirak edən 60 yaşlı mütəxəssis sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində qarşılaşacaqları "Qarabağ"la görüş haqda düşüncələrini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.


"Qarabağ" haqda fikriniz necədir?

- Oyunlarını izləmişəm, "Qarabağ" çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

Sizin üçün uzun səyahət oldu. Futbolçuların vəziyyəti necədir?

-  Futbolçular üçün ciddi oyundur. Yol yorğunluğu var, amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

Vut Veqorst sabahkı matçda iştirak etməyəcək. Bu haqda nə düşünürsünüz?

- Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. 

Kimin oynaya biləcəyi ilə bağlı fikriniz qətiləşib?

- Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. "Ayaks"ın inkişafını düşünürük.

Sabahkı matçdan gözləntiniz nədir?

- Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah "Qarabağ"la görüşdə xal qazanaq.