Yığmamızın üzvü Parisdə Dünya Kubokunda bürünc medalçı oldu
Fransanın paytaxtı Parisdə idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.
Gimnastika Federasiyasından "Mediasport"a bildirilib ki, Azərbaycan gimnastı Nikita Simonov halqalar proqramında uğurlu çıxış edib.
Təsnifat mərhələsində 14,033 xal toplayan idmançı dördüncü pillədə qərarlaşaraq finala yüksəlib.
N.Simonov həlledici mərhələdə nəticəsini yaxşılaşdıraraq 14,133 xal toplayıb və bürünc medal qazanıb.

