"Neftçi"nin sabiq futbolçusu Azərbaycana qayıdası olmadı

"Neftçi"nin sabiq futbolçusu Azərbaycana qayıdası olmadı

“Neftçi”nin sabiq futbolçusu Sabir Buqrin özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, 30 yaşlı vinger karyerasını Mərakeşdə davam etdirəcək.

Azərbaycan klublarından təklif alan yarımmüdafiəçi ölkəsində qalmağa qərar verib.

O, “Marrakeş” klubunda oynayacaq.

Xatırladaq ki, Buqrin "Neftçi"də 2020-2022-ci illərdə çıxış edib.