"Sabah" Masazır stadionunda "Borussiya" Dortmunda uduzdu

"Sabah" Masazır stadionunda "Borussiya" Dortmunda uduzdu

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası Gənclər Liqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçisi olduğu kollektiv 3-cü tur çərçivəsində "Borusiya" Dortmundlu həmyaşıdları ilə qarşılaşıb.

Masazır stadionunda baş tutan görüş almanların qələbəsii lə yekunlaşıb - 2:0.

Xatırladaq ki, komandamız ilk iki turda "Mançester Yunayted" (0:5, İngiltərə) və "Slaviya"ya (0:3, Çexiya) da məğlub olub.