Ramiz Məmmədov bölgə klubunun baş məşqçisi oldu

Ramiz Məmmədov bölgə klubunun baş məşqçisi oldu

1-ci Liqada yarışan "Mingəçevir"dən ayrılan Ramiz Məmmədovun yeni iş yeri məlum olub.

"Mediasport" xəbər verir ki, təcrübəli mütəxəssis "Karvan-Yevlax"ı çalışdıracaq.

Aran təmsilçisi 57 yaşlı məşqçinin təyinatını açıqlayıb.

Xatırladaq ki, Yevlax klubu 2025/2026 mövsümünün sonunda Premyer Liqadan 1-ci Liqaya yuvarlanıb.

Məmmədov daha əvvəl "Qəbələ", "Atırau" (Qazaxıstan), "Damaş Gilan" (İran) və müxtəlif illərdə "Şamaxı"da işləyib.