"Qarabağ" fransalı futbolçu ilə müqavilə bağladı - RƏSMİ
2026/27 mövsümünün transfer çalışmalarına start verən "Qarabağ" ilk futbolçu keçidini gerçəkləşdirib.
"Mediasport" xəbər verir ki, fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
O, 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub.
O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.


