Yığma komandamız günü uğursuz başa vurdu - Dünya çempionatı

Yığma komandamız günü uğursuz başa vurdu - Dünya çempionatı

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulub.

Mehdi Abbasov və Cəsur İbadlı (hər ikisi 81 kq) 1/32 finaldan, Hanna Zaytseva (63 kq) 1/16 finaldan başlayıb.

İlk duellərini qalib başa vuran təmsilçilərimiz 1/8 finallarda uduzaraq yarışla vidalaşıblar.

Xatırladaq ki, komandamız ilk gündə bir medal qazanıb. Məhəmməd Musayev (66 kq) dünya üçüncüsü olub.

Ölkəmiz mundiala 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə yollanıb.