"Kəpəz" futbolçusunu 1-ci Liqa klubuna icarəyə göndərdi

"Kəpəz" futbolçusu Nemət Musayevi icarəyə verib.
"Mediasport" xəbər verir ki, 23 yaşlı müdafiəçi növbəti mövsümün sonuna kimi 1-ci Liqa təmsilçisi "Difai"də oynayacaq.
Nemət 2022-ci ilin yayından "Kəpəz"də çıxış edir. O, ötən mövsüm "sarı-göylər"in heyətində 9 rəsmi matçda meydana çıxıb.