Millimizin Beynəlxalq İnkişaf Turniri üçün heyəti açıqlandı
Azərbaycanın 18 yaşadək oğlan futbolçulardan ibarət milli komandası fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.
"Mediasport" xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.
Yığmamız daha sonra fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Komandanın ilkin heyəti açıqlanıb. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, fevralın 23-də həlledici görüşlər keçiriləcək.
Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Beynəlxalq İnkişaf Turniri
19 fevral
13:50. Azərbaycan - Rusiya
20 fevral
14:20. Azərbaycan - Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Nurəziz Əzizov | Neftçi |
| 2 | Bilal Hacıyev | Qarabağ |
| 3 | Kamil Həsənov | Neftçi |
| 4 | Uğur Qurbanlı | Qarabağ |
| 5 | Rəşad Gülüşov | Sabah |
| 6 | Atacan Məmmədov | Marcet (İspaniya) |
| 7 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 8 | Muhamməd Çodarov | Marcet (İspaniya) |
| 9 | İsmayıl Səfərli | Neftçi |
| 10 | Əli Kiçibəyov | Turan Tovuz |
| 11 | Amin Rzayev | Qarabağ |
| 12 | Sahib Xəlilli | Neftçi |
| 13 | Elgün Duraxanov | Sabah |
| 14 | Eldar Abbasov | Qarabağ |
| 15 | Raul İsaqov | Kəpəz |
| 16 | Nihad Hüseynzadə | Sabah |
| 17 | Ruslan Xasiyev | Şinnik Yaroslavl (Rusiya) |
| 18 | Musa Mustafayev | Zirə |
| 19 | İbrahim Xəlilov | Sabah |
| 20 | Samir Şərifov | Sabah |
| 21 | Pünhan Kərimov | Marcet (İspaniya) |
| 22 | Emin Süleymanov | Neftçi |
| 23 | Əli Bəşirov | Qarabağ |
| 24 | Rüstəm Hüseynli | Neftçi |
| 25 | Kamal Zülfiyev | Sumqayıt |
| 26 | Nicat Kərimov | Sabah |
