"Qarabağ" "Mançester Siti"nin sabiq futbolçusunu gətirdi

"Qarabağ" "Mançester Siti"nin sabiq futbolçusunu gətirdi

"Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Kiprin APOEL klubundan Dieqo Rosa ilə anlaşıb.

Braziliyalı yarımmüdafiəçi qarşıdakı 1 ildə "atlılar"ın heyətində icarədə oynayacaq.

Müddətin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var.

O, 33 nömrəli forma ilə çıxış edəcək.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib.

O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.