"Qarabağ"ın matçının yeri dəyişdi

"Qarabağ"ın matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasında 7-ci turun oyun cədvəli açıqlanıb.

"Mediasport" xəbər verir ki, ölkəmizdə keçiriləcək MDB oyunları ilə əlaqədar 1-ci dövrənin “Kəpəz" - "Qarabağ” oyunu ilə 3-cü dövrənin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

3 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Azərbaycan Premyer Liqası. 7-ci tur


3 oktyabr (cümə)

“Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 19:30

“Araz-Naxçıvan”– “İmişli”

“Liv Bona Dea Arena”, 17:00


4 oktyabr (şənbə)

“Qarabağ” – “Kəpəz”

“Azersun Arena”, 17:00

“Sumqayıt” – “Turan Tovuz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30


5 oktyabr (bazar) 

“Qəbələ” – “Şamaxı”

Qəbələ şəhər stadionu, 17:30

“Karvan-Yevlax” – “Sabah”

Şamaxı şəhər stadionu, 15:00