"Qarabağ"ın futbolçusu DÇ-də Xorvatiyaya qarşı 90 dəqiqə oynadı
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro millisinin heyətində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin şərəfini qoruduğu yığma DÇ-2026-nın seçmə mərhələsinin Xorvatiya ilə son tur matçında üz-üzə gəlib.
Mirko Vuçiniçin baş məşqçisi olduğu kollektiv ilk hissədə iki qol vursa da, yekunda uduzub - 2:3. Yankoviç 90 dəqiqə meydanda olub.
Monteneqro yer aldığı L qrupunu 9 xalla 4-cü yerdə tamamlayaraq mundiala yollanmaq şansını itirib.
