Marko Yankoviç: "Bəzi səhvlər etdik və üç qol buraxdıq"
"Məşqçi də, azarkeşlər də məğlubiyyətdən narazı ola bilər və bu normaldır. Lakin düşünürəm ki, oyunumuzda bir çox müsbət məqamlar var idi".
"Mediasport" xəbər verir ki, bu sözləri Monteneqro milli komandasının futbolçusu Marko Yankoviç deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi yığmanın heyətində Sloveniya kollektivi ilə yoldaşlıq görüşü haqda danışıb.
O, doğma meydanda 2:3 hesablı məğlubiyyəti şərh edib:
"Ədalətli nəticə 3:3 hesabı olardı. Amma bu, bizim üçün ən vacib şey deyil. Komandamızın oyununda irəliləyişi gördük.
Düzdür, bəzi səhvlər etdik və üç qol buraxdıq. Ancaq fikrimcə, eyni tempdə davam etsək, nəticələr olacaq".
