"Qarabağ"ın zədəli futbolçularının SON VƏZİYYƏTİ açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son vəziyyətinə aydınlıq gətirilib.
Bu barədə "Mediasport"a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyev 4-6 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Ötən gün "Sabah"la matçda zədələnən yarımmüdafiəçi Xoni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7-10 gün ərzində gözlənilir.
Ağdam klubunun diər üzvü - Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam edir.
