Azərbaycan millisi Türkiyədə "Antalyaspor"u məğlub etdi

Azərbaycan millisi Türkiyədə "Antalyaspor"u məğlub etdi

Azərbaycanın qadınlardan ibarət futbol millisi Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız "Antalyaspor" klubu ilə qarşılaşıb.

Görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qollarını Nigar Mirzəliyeva və Mana Mollayeva vurublar.