"Sabah" 36 komanda arasında sonuncudur - Çempionlar Liqası
2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək komandaların büdcələri açıqlanıb.
"Mediasport" xəbər verir ki, tarixində ilk dəfə qitənin birinci dərəcəli klub yarışının Liqa mərhələsinə yüksələn Azərbaycan çempionu "Sabah" 36 klubdan ibarət siyahıda sonuncu sırada qərarlaşıb.
Masazır təmsilçisinin büdcəsi 17 milyon avro göstərilib.
Reytinqin lideri isə 1,48 milyard avro dəyərlə Fransa nəhəngi PSJ-dir.



