Ermənistan milli komandasının futbolçusu Bakıya gətirilməyəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Ferensvaroş"un dünən Azərbaycan çempionu ilə oyunlar üçün sifariş ərizəsini açıqladığı haqda məlumat paylaşmışdıq.
"Mediasport" xəbər verir ki, Macarıstan klubunun heyətində diqqətçəkən iki ad Ağdam təmsilçisinə qarşı matçlarda forma geyinməyəcək.
2025-ci ilin qışında "Qarabağ"dan Kadi Borgesin qarşılığında "Ferensvaroş"a keçən Julio Romao bir müddətdir zədədən əziyyət çəkdiyi üçün keçmiş komandası ilə görüşləri kənardan izləyəcək.
Digər isim isə macarların erməni futbolçusu Edqar Sevikyandır. Ötən mövsümü icarə əsasında Moskva "Lokomotiv"ində keçirmiş 24 yaşlı milli üzvünün də adı iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma avqustun 19-da Budapeştdə, həlledici duel bir həftə sonra Bakıda baş tutacaq.