Azarkeşləri "Mingəçevir" klubunu 900 manat ziyana saldılar
AFFA İntizam Komitəsi 1-ci Liqada yarışan "Mingəçevir" klubunu cərimələyib.
"Mediasport" xəbər verir ki, buna əyalət təmsilçisinin azarkeşləri səbəb olublar.
Azarkeşlər 22-ci turun “Difai” ilə oyununda meydançaya kənar əşyalar atdıqlarına və bu halın cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Mingəçevir komandası 900 manat cərimə ödəyəcək.
