"Qarabağ"ın Türkiyə turnirində ilk oyunu "Fulhem"ə qarşı olacaq

"Qarabağ" Futbol Akademiyasının U-15 komandası Türkiyədə "Junior World Cup" turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu kollektiv Antalyada bir gündə 3 oyun keçirəcək.
B qrupunda yer alacaq komanda aprelin 17-də "Titanic Football Center" qrup matçlarına çıxacaq.
Eyni gündə rəqiblər “Fulhem” (İngiltərə), “Qaziemir Gündoğan” (Türkiy) və “Muratlı Yıldızspor” (Türkiyə) olacaq.
Yarışda "Qarabağ"la yanaşı, “Ştuttqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər) və “Dinamo” (Tbilisi, Gürcüstan) klubları da yer alıb.
Ağdam təmsilçisi səfərə 18 futbolçu ilə yollanacaq: Cəfər Rəhmanov, Oktay Mehrəliyev, Yüzarsif Mehdiyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, İbrahim Sadıqlı, Davud Abdullayev, Xalid Hüseynov, Əhəd Hacızadə, Murad İsmayılov, Ömər Fətəliyev, Məhəmməd Məmmədov, Cavidan Əlizadə, Daniil Rəcəbov, Yunis İsmayılov, Samir Həsənov və Tunar Əsgərzadə.
"Junior World Cup"da ümumilikdə 24 komanda mübarizə aparacaq.