Şeydayev 69 dəqiqə oynadı, məğlubiyyətə mane ola bilmədi
Futbol üzrə Rusiya 1-ci Liqasında 10-cu turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" doğma meydanda lider "Pari NN"i qəbul edib.
Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Matça start heyətdə başlayan Şeydayev 69-cu dəqiqədə əvəzlənib.
"Soçi" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

