"Sabah"ın ÇL rəqibini Bakıda 3700-ə qədər azarkeş dəstəkləyəcək

"Sabah"ın ÇL rəqibini Bakıda 3700-ə qədər azarkeş dəstəkləyəcək

Oktyabrın 13-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində Bakı Olimpiya Stadionunda "Sabah"ın qonağı olacaq "Slaviya" (Çexiya) dəstəksiz qalmayacaq.

"Mediasport" xəbər verir ki, Praqa təmsilçisinin Azərbaycanda təxminən 3700 azarkeşi olacaq.

Məlumata görə, "bayquşlar" rəqib fanatlar üçün 3675 yer ayırıb.

Qonaqlar üçün qiyməti 54 manat təşkil edən biletlərin satışı oktyabrın 5-də başlanıb.

Çexiyalı azarkeşlər paytaxtımıza səfər üçün "ASAN Visa" portalı üzərindən elektron viza almaldırlar.

Həmçinin, onların pasportunda əvvəllər Dağlıq Qarabağa qanunsuz səfəri təsdiqləyən möhür olmamalıdır.

Xatırladaq ki, qarşılaşma saat 20:45-də start götürəcək.