"Turan Tovuz" Premyer Liqada bütün rəqiblərini geridə qoydu

Premyer Liqasının 2024/2025 mövsümünün matçlarını 275 min 933 tamaşaçı izləyib.
"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 180 oyunda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev görüşlərindəki izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 tərəfdar toplayıb.
“Turan Tovuz” ikinci yerdən təxminən iki dəfə önədir. Tamaşaçı sayında “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə qərarlaşıb.
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir.
XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – "Qarabağ” matçında 7069 azarkeş qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
1 | Turan Tovuz | 78500 | 18 | 4361 |
2 | Neftçi | 39767 | 18 | 2209 |
3 | Sumqayıt | 33450 | 18 | 1858 |
4 | Qarabağ | 31130 | 18 | 1729 |
5 | Sabah | 23886 | 18 | 1327 |
6 | Şamaxı | 20900 | 18 | 1161 |
7 | Kəpəz | 18600 | 18 | 1033 |
8 | Zirə | 13550 | 18 | 753 |
9 | Səbail | 11550 | 18 | 642 |
10 | Araz-Naxçıvan | 4600 | 18 | 256 |
Cəmi | 275933 | 180 | 1533 |