Standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir"

Standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir"

"Azarkeşlərimizə təşəkkür edirəm. Neçə vaxtdır təhlil etdiyimiz standart vəziyyətlərdən iki qol buraxmağımız adamı məyus edir".

"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Turan Tovuz"la cavab görüşü haqda danışıb, 0:2 hesablı məğlubiyyəti şərh edib:

"Qarşıda "Turan Tovuz"la çempionat matçı var. Ona hazırlaşacağıq. Azarkeşlərimizin qarşısında ən yaxşı oyunlarımızdan birini oynayacağıq. Standart vəziyyətlərlə bağlı iş daha çox qapıçının, qapıçı məşqçisin üzərinə düşür. Belə hallarda nəyisə demək çətindir.

Ryonosuke Ohorinin zədəsi ciddidir?

- Həkimlər çox ciddi olduğunu demədilər. Tibbi müayinədən sonra daha dəqiq bilinəcək. Ayağında buraxılma oldu.

Komandanın fiziki hazırlığında problem yoxdur?

- Xeyr. Heç bir problem yoxdur. Komandamızdə əzələ zədəsi yoxdur. Banın çiynində köhnə xroniki problem var. Buna görə onu start heyətində oynatmadıq.

Kubokda mübarizəni dayandırdız, çempionatda komanda demek olar ki, hədəfə çatıb, yeni aşağı liqaya düşmək təhlükəsi yoxdur. Azarkeşlər iddiasız "Kəpəz" görmək istəmir. Növbəti mövsümdə artıq Gəncədə oynayacaqsız. Təzyiq altında oynamaq necə təsir göstərəcək?

- Komandanı sıfırdan mən yığmamışdım. Bu gün çempionatda ən az legioner bizdədir. Bir neçə oyunçumuz heç nədən çıxıb getdi. Bunun komandaya böyük zərbəsi dəydi. Uşaqlar hər oyunda döyüşürlər. Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik. 

Sizə yeni müqavilə təklif olunub?

- Hər şey may ayında bəlli olacaq. Komandanı sıfırdan yığsam, Gəncədə oynamaq mənim üçün asan olacaq.