Azərbaycan millisi Bakıda Qazaxıstan yığmasını məğlub etdi

 Azərbaycan millisi Bakıda Qazaxıstan yığmasını məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız Qazaxıstan futbolçuları ilə qarşılaşıb.

Matç Azərbaycan millisinin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamnızın qollarını Sahib Məmmədov (5), Orxan Məmmədov və Mirmövsüm Caniyev vurublar.