Azərbaycan çempionatı başlanır: Püşkatmanın tarixi açıqlandı

Azərbaycan çempionatı başlanır: Püşkatmanın tarixi açıqlandı

AFFA Region Liqasında yeni mövsümün başlanacağı tarix müəyyənləşib.

Federasiyadan "Mediasport"a verilən məlumata görə, yarışın püşkatması martın 4-də AFFA-nın inzibati binasında keçiriləcək.

2024/2025-ci illər mövsümünə martın 8-də start veriləcək. İlk tur martın 9-da yekunlaşacaq.

Qurum bütün komandaları yeni formalarla təmin edəcək. Komandalar birinci turu öz formaları ilə keçirəcəklər.

Liqada 50-dək komandanın iştirakı gözlənilir.