"Səbail" Türkiyəyə gedəcək
“Səbail” PFK-nın yay hazırlıq planı məlum olub.
"Mediasport" xəbər verir ki, Bayıl klubunun 2026–2027-ci il mövsümü üçün hazırlıqları iyulun 27-də start götürəcək.
Komanda baş məşqçi Elnur Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirəcək.
Hazırlığın ikinci mərhələsi isə Türkiyədə baş tutacaq.
Bakılıar 10–25 avqust tarixlərində Bolu bölgəsində təlim-məşq toplanışında olacaqlar.
"Səbail” bu müddət ərzində “Bolu Termal Hotel”də məskunlaşacaq və hazırlıq proqramı çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama görüşlərinin tarixləri və rəqiblər dəqiqləşdikdən sonra klubun əlavə məlumat veriləcək.


