UEFA Avropa Liqasında pley-off raundunun cütləri müəyyənləşdi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları başa çatıb və pley-offun cütləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, təmsilçilərimizdən "Sabah" Bakıda, "Araz-Naxçıvan" isə səfərdə məğlub olub və avrokuboklarla vidalaşıb.
Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"la "Panatinaikos"un arasında keçirilən cavab oyununda da 0:0 hesabı qeydə alınıb.
Penaltilər seriyasında daha dəqiq olan Yunanıstan təmsilçisi növbəti mərhələyə adını yazdırıb.
Avroliqada pley-offa yüksələn ilk klub "Riyeka" (Xorvatiya) olub.
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab qarşılaşmaları isə avqustun 28-də keçiriləcək.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları
"KuPS" (Finlandiya) - RFS (Latviya) 1:0, İlk oyun 2:1
"Mityüllan" (Danimarka) - "Fredrikstad" (Norveç) 2:0 İlk oyun 3:1
"Noah" (Ermənistan) - "Linkoln" (Cəbəllütariq) 0:0, ə.v. 0:0, pen. 5:6, İlk oyun 1:1
"Volfsberger" (Avstriya) - PAOK (Yunanıstan) 0:0, ə.v. 0:1, İlk oyun 0:0
"Brann" (Norveç) - "Hakken" (İsveç) 0:1, İlk oyun 2:0
"Breydablik" (İslandiya) - "Jrinski" (Bosniya və Herseqovina) 1:2, İlk oyun 1:1
"Makkabi" (Təl-Əviv, İsrail) - "Hamrun Spartans" (Malta) 3:1, İlk oyun 2:1
"Drita" (Kosovo) - FKSB (Rumıniya) 1:3, İlk oyun 2:3
"Utrext" (Niderland) - "Servett" (İsveçrə) 2:1, İlk oyun 3:1
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Panatinaikos" (Yunanıstan) 0:0, ə.v. 0:0, pen. 3:4, İlk oyun 0:0
"Braqa" (Portuqaliya) - ÇFR (Rumıniya) 2:0, İlk oyun 2:1
"Legiya" (Polşa) - AEK (Larnaka, Kipr) 2:1, İlk oyun 1:4
Pley-off mərhələsinin cütləri
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Kiyev, Ukrayna)
"Şkendiya" (Şimali Makedoniya) - "Ludoqorets" (Bolqarıstan)
"Slovan" (Sloveniya) - "Yanq Boys" (İsveçrə)
"Malmö" (İsveç) - "Siqma" (Çexiya)
"Panatinaikos" (Yunanıstan) - "Samsunspor" (Türkiyə)
"Aberden" (Şotlandiya) - FKSB (Rumıniya)
"Lex" (Polşa) - "Genk" (Belçika)
"Mityüllan" (Danimarka) - "KuPS" (Finlandiya)
"Linkoln" (Cəbəllütariq) - "Braqa" (Portuqaliya)
"Jrinski" (Bosniya və Herseqovina) - "Utrext" (Niderland)
"Brann" (Norveç) - AEK (Larnaka, Kipr)
"Riyeka" (Xorvatiya) - PAOK (Yunanıstan)