"Şaxtyor" bu dəfə də "Beşiktaş"ı məğlub etdi - UEFA Avropa Liqası

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmalarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor"a səfərdə də uduzaraq (0:2) yarışla vidalaşıb.
"Qara qartallar" mübarizəni UEFA Avropa Konfrans Liqasında davam etdirəcəklər.
Bu görüşlə yanaşı, daha 7 matçla növbəti mərhələyə yüksələn komandaların adları müəyyənləşib.
UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunları
AEK (Kipr) - "Çelye" (Sloveniya) 2:1 İlk oyun - 1:1
"Hekken" (İsveç) - "Anderlext" (Belçika) 2:1 pen. seri. - 4:2 İlk oyun - 0:1
ÇFR (Rumıniya) - "Luqano" (İsveçrə) ə.v. 1:0 İlk oyun - 0:0
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Beşiktaş" (Türkiyə) 2:0 İlk oyun - 4:2
"Utrext" (Niderland) - "Şerif" (Moldova) 4:1 İlk oyun - 3:1
"Braqa" (Portuqaliya) - "Levski" (Bolqarıstan) ə.v. 1:0 İlk oyun - 0:0
"Hibernian" (Şotlandiya) - "Midtyulland" (Danimarka) ə.v. 1:2 İlk oyun - 1:1
"Legiya" (Polşa) - "Banik" (Çexiya) 2:1 İlk oyun - 2:2