"Brann" Kiprdə AEK-i darmadağın edərək Liqa mərhələsinə yüksəldi

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə bir oyun keçirilib.
Kipr təmsilçisi AEK doğma meydanda Norveçin "Brann" kollektivinin darmadağınına məruz qalıb.
Hər iki görüşdə qələbə qazanan skandinavlar Liqa mərhələsinə yüksəliblər.
Kiprlilər isə UEFA Avropa Konfrans Liqasının Liqa mərhələsinə yollanıblar.
Raundun qalan cavab qarşılaşmaları bu gün reallaşacaq.
UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunu
AEK (Kipr) - "Brann" (Norveç) 0:4 (İlk oyun - 1:2)