Amin Seydiyev "Sabah"dan ayrıldı
"Sabah" Amin Seydiyevlə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Amin 2020-ci ildən etibarən "Sabah"ın formasını geyinib.
Bu müddət ərzində o, 186 oyunda forma geyinib, 7 qola imza atıb.
Seydiyev həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Müdafiəçi "bayquşlar"ın heyətində bir dəfə Azərbaycan Premyer Liqasının və iki dəfə ölkə kubokunun qalibi olub.


