"Qarabağ"ın Çempionlar Liqası matçının bilet qiyməti açıqlandı

"Qarabağ"ın Çempionlar Liqası matçının bilet qiyməti açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq.

Fanatlar vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

Xatırladaq ki, Çempionlar Liqasının 2-ci turunun "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.