Rodri, Simon, Kubarsi və Mbappe - Dünya Kubokunun ən yaxşıları
Futbol üzrə 23-cü Dünya Kubokunda fərdi nominasiyalar üzrə qaliblər müküfatlandırılıblar.
"Mediasport" xəbər verir ki, mundialın ən sərrast futbolçusu 10 qolla Fransa milli komandasından Kilian Mbappe seçilib.
Dünya çempionu adına yiyələnən İspaniya yığmasından kapitan Rodri turnirin ən yaxşı futbolçusu nominasiyasında "Qızıl top" mükafatına layiq görülüb.
Pireneylilərdən Unai Simon DÇ-nin ən yaxşı qapıçısı, Pau Kubarsi isə ən yaxşı gənc futbolçusu mükafatını qazanıb.



