Avropa çempionatı: Yığmamız Çexiyaya böyük hesabla uduzdu

Avropa çempionatı: Yığmamız Çexiyaya böyük hesabla uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 13-cü qrupda yer alan komandamız Çexiya yığması ilə qarşılaşıb.

Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutan görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1.

Millimizin heyətində qolu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Çexlərin 3 qolunun müəllifi əfsanəvi italyan qapıçı Canluici Buffonun oğlu Lui olub. İtaliyada "Piza"da forma geyinən 18 yaşlı vinger çexiyalı modelyer anası Alyona Seredovanın ölkəsinin millisini seçib.

U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə üz-üzə gələcək.

Qeyd edək ki, raundun matçlarına Maltan ev sahibliyi edir.