Avropa Konfrans Liqasında daha 21 oyun keçirildi - NƏTİCƏLƏR

Avropa Konfrans Liqasında daha 21 oyun keçirildi - NƏTİCƏLƏR

UEFA Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin qalan görüşləri baş tutub.

"Mediasport" xəbər verir ki, ilk matçlar çərçivəsində daha 21 oyun keçirilib.

Azərbaycanın Avropa Liqasında təmsilçisi "Qarabağ"ın bu turnirdə potensial rəqiblərindən "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) kollektivlərinin ilk qarşılaşmasını ikincilər qazanıblar.

Raundun cavab görüşləri iyulun 14-16-na planlaşdırılıb.


UEFA Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


"Atletik Eskaldes" (Andorra) - "Mornar" (Monteneqro) 2:1

"Alaşkert" (Ermənistan) - "Yelimay" (Qazaxıstan) 1:1

"Dila" (Gürcüstan) - "Virtus" (San Marino) 3:1

"Hegelmann" (Litva) - "Paide" (Estoniya) 1:1

"Kalyu" (Estoniya) - "Linfild" (Şimali İrlandiya) 1:0

"Liepaya" (Latviya) - "Deçiç" (Monteneqro) 1:0

"Bohemians" (İrlandiya) - "Sent Cozefs" (Cəbəllütariq) 2:0

"Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) 0:1

"Marsakslokk" (Malta) - "Pünik" (Ermənistan) 0:3

"Velej" (Bosniya və Herseqovina) - "Milsami" (Moldova) 1:1

"Mondorf" (Lüksemburq) - "Dinamo" (Tbilisi, Gürcüstan) 1:2

"Kaernarfon" (Uels) - "Levadia" (Estoniya) 0:5

"Europa" (Cəbəllütariq) - "Şkendiya" (Şimali Makedoniya) 0:5

"Vlajniya" (Albaniya) - "Malişeva" (Kosovo) 2:1

"Styarnan" (İslandiya) - "Vikinqur" (Farer adaları) 3:1

"Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) 1:2

"Penibont" (Uels) - "Santa Koloma" (Andorra) 0:1

"Petrovaç" (Monteneqro) - "Jalgiris" (Litva) 1:3

"Runavik" (Farer adaları) - "Hamrun Spartans" (Malta) 1:1

"Dinamo Siti" (Albaniya) - "Astana" (Qazaxıstan) 0:1

"Sarayevo" (Bosniya və Herseqovina) - "İnter Turku" (Finlandiya) 1:1