UEFA Konfrans Liqasında 1/8 final və pley-offa yüksələnlər - SİYAHI

UEFA Konfrans Liqasında 1/8 final və pley-offa yüksələnlər - SİYAHI

UEFA Avropa Konfrans Liqasında 1/8 final və pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu, Liqa mərhələsinin 6-cı tur görüşlərindən sonra təsdiqlənib.

Türkiyənin yarışda yeganə təmsilçisi, iki tur əvvələ qədər lider olan "Samsunspor" yekunda 10-cu yeri tutaraq pley-offa çıxıb.

6 turun yekununda lider isə 16 xalla Fransanın "Strasburq" komandası olub.

Xatırladaq ki, turnirin pley-off mərhələsi 2026-cı il fevralın 19-20-də keçiriləcək.


UEFA Konfrans Liqasında 1/8 finalçılar


"Strasburq", Fransa

"Rakuv", Polşa

AEK (Afina), Yunanıstan

"Sparta", Çexiya

"Rayo Valyekano", İspaniya

"Şaxtyor", Ukrayna

"Mayns", Almaniya

AEK (Larnaka), Kipr


Pley-offa vəsiqə qazananlar


"Lozanna", İsveçrə

"Kristal Pelas", İngiltərə

"Lex", Polşa

"Samsunspor", Türkiyə

"Çelye", Sloveniya

AZ, Niderland

"Fiorentina", İtaliya

"Riyeka", Xorvatiya

"Yagelloniya", Polşa

"Omoniya", Kipr

"Noa", Ermənistan

"Drita", Kosovo

"KuPS", Finlandiya

"Şkendiya", Şimali Makedoniya

"Zirinski", Bosniya və Herseqovina

"Siqma", Çexiya