UEFA Konfrans Liqası: İkinci oyun günündə 3 görüş baş tutacaq

UEFA Konfrans Liqası: İkinci oyun günündə 3 görüş baş tutacaq

Bu gün UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin növbəti oyunları baş tutacaq.

"Mediasport" xəbər verir ki, "Zirə" saat 20:00-da Gürcüstanın "Torpedo" (Kutaisi) klubu ilə üz-üzə gələcək.

Digər iki qarşılaşma isə 21:30-da start götürəcək.

İlk oyun günündə 2 oyun baş tutub.

"UNA Strassen" (Lüksemburq) "La Fiorita"nı (San Marino) 1:0 hesabı ilə məğlub edib.

BATE (Belarus) isə səfərdə "Elbasani" (Albaniya) ilə heç-heçə edib - 1:1.

Tərəflər arasında baş tutacaq cavab qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt stadionunda keçiriləcək.

UEFA Konfrans Liqası. 1-ci təsnifat mərhələsi (ilk oyunlar)

20:00 "Zirə" (Azərbaycan) - "Torpedo" (Kutaisi, Gürcüstan)

21:30 "Konnah" (Uels) - "Balkani" (Kosovo)

21:30 "Differdanj" (Lüksemburq) - "İlves" (Finlandiya)