8 komandadan birinin "Sabah"a rəqib olacağı dəqiqləşdi - Avroliqa

Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.
"Mediasport" xəbər verir ki, Masazır təmsilçisinin qitənin ikinci nüfuzlu klub yarışının birinci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Komandamız ilk raundda “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Ber-Şeva, İsrail), “Çelye” (Sloveniya), “Spartak” (Trnava, Slovakiya) kollektivlərindən biri ilə üz-üzə gələcək.
Birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.