17 cüdoçumuz Portuqaliyada Avropa çempionatına qatılacaq

 17 cüdoçumuz Portuqaliyada Avropa çempionatına qatılacaq

Azərbaycanın veteran cüdoçulardan ibarət komandasının Portuqaliyanın Portiman şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, oktyabrın 22–25-də təşkil olunacaq yarışda ölkəmiz səkkiz yaş kateqoriyasında 17 idmançı ilə təmsil  olunacaq.

Komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.

Qitə birinciliyində 36 ölkədən ümumilikdə 1240 cüdoçu mübarizə aparacaq.


M1 kateqoriyası

73 kq: Samir İsmayılov

M2 kateqoriyası

81 kq: Vüqar Əliyev

100 kq: Elçin Məmmədov

+100 kq: Kənan Abdullaxanlı

M3 kateqoriyası

66 kq: Qədir İsgəndərov

90 kq: Ramil Aslanov

100 kq: Ramil Muradov

M4 kateqoriyası

60 kq: Elşən Kərimov

73 kq: Rauf Fərzəliyev, İlqar Əliheydərov

100 kq: Rəşad Bağırov

M5 kateqoriyası

60 kq: Babək Hacıyev

73 kq: Anar Xəlilov

M6 kateqoriyası

100 kq: Qabil Qasımov

M7 kateqoriyası

90 kq: Nazim Əliyev

100 kq: Azər Əsgərov

M8 kateqoriyası

90 kq: Fərhad Rəcəbli