Mahir: "Vacib olan məqam sürpriz nəticənin qeydə alınmaması oldu"

"Qol vurduğum üçün sevinirəm. Vacib olan məqam isə sürpriz nəticənin qeydə alınmaması oldu. İlk dəqiqədən etibarən dominant edən tərəf biz olduq. Doğrudur, səhvlərimiz də oldu".
"Mediasport" xəbər verir ki, bu sözləri Almaniyanın "Kayzerslautern" komandasının hücumçusu Mahir Emreli Almaniya Kubokunun 1/32 final mərhələsinin "RSV Ayntraxt"la görüşü haqqında fikir bildirərkən söyləyib.
2-ci Bundesliqa klubunun ilk rəsmi qolunu vuran Mahir 15-ci dəqiqədə fərqlənib və "Kayzerslautern"in 7:0 hesablı qələbəsində pay sahibi olub.
Xatırladaq ki, Emreli son mövsümü Almaniyada "Nürnberq"də keçirmişdi.