"Qarabağ" bu hücumçu üçün 1,2 milyon təklif etdi - YOX dedilər
Hücumçu axtarışlarını davam etdirən “Qarabağ” Belçikanın “Lyej” klubununun futbolçusu Umar Diufu transfer etməyə hazırlaşır.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu bu məqsədlə qarşı tərəfə 1,2 milyon avro təzminat təklif edib.
Belçika mətbuatının iddiasına görə, dəvətə müsbət yanaşmayan 2-ci Liqa komandasının forvard üçün istədiyi məbləğ azı 1,5 milyon avrodur.
Xatırladaq ki, "elçi"ləri çox olan 22 yaşlı Diuf bu mövsüm Belçika çempionatında 18 oyun keçirib, 8 qolla yadda qalıb.
Onun klubla müqaviləsi 2026/2027-ci illər mövsümünün sonunadək qüvvədədir.
