Kembric Universitetinin ekspertləri AİA-da mühazirə oxuyacaqlar
Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Bu barədə "Mediasport"a Azərbaycan İdman Akademiyasından məlumat verilib.
Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək “Effektiv qiymətləndirmə”, Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək “Kurikulumun xəritələnməsi” mövzusunda mühazirələr aparacaqlar.


