"Üçüncü pillənin sahibi kimi danışmaq tezdir" - Kurban Berdıyev

"Üçüncü pillənin sahibi kimi danışmaq tezdir" - Kurban Berdıyev

"Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 25-ci turunun "Qəbələ" ilə oyunu haqda danışıb.

O, 3:2 hesablı qələbəni şərh edib:

"2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var".

Xatırladaq ki, 48 xalla 3-cü sırada qərarlaşan Tovuz təmsilçisi 2-ci yerdə qərarlaşmış "Qarabağ"dan 4 xal geri qalır.